Türkiyədən acı xəbər: 1 əsgər şəhid oldu, 1-i yaralandı
Türkiyə Silahlı Qüvvələri Afrində mina partlayışı nəticəsində bir əsgərin həyatını itirdiyini bildirib.
Gunaz.az TSQ-yə istinadən xəbər verir ki, hadisə mayın 3-də Afrin rayonunda axtarış əməliyyatı zamanı baş verib:
“Kustar üsulla hazırlanmış mina partlayışı nəticəsində bir əsgərimiz qəhərmancasına şəhid olub. Daha bir əsgərimiz isə yaralanıb”, – deyə TSQ-nın yaydığı məlumatda bildirilib.