Paşinyan yenidən namizəd oldu

Paşinyan yenidən namizəd oldu

Ermənistan parlamentində “Yelk” (Çıxış) fraksiyasının başçısı, etiraz hərəkatının lideri Nikol Paşinyanın namizədliyi yenidən baş nazir postuna irəli sürülüb.

Gunaz.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin mətbuat xidməti məlumat yayıb.

Onun namizədliyini parlament üzvlərinin üçdə birindən çoxu irəli sürüb.

Xatırladaq ki, iqtidarda olan Ermənistan Respublikaçılar Partiyası mayın 8-də “xalq namizədi”ni dəstəkləyəcəyini təsdiqləyib.

скачать dle 12.1
Geri qayıt