Alp dağında qar fırtınası - 9 alpinist öldü

Alp dağında qar fırtınası - 9 alpinist öldü

İsveçrənin Arolla bölgəsində Alp dağlarına çıxmaq istəyən 14 alpinist qar fırtınasına düşüb.

Gunaz.az xarici KİV-ə istinadən xəbər verir ki, 1 gecə şaxtalı havada köməksiz qalan alpinistlərin axtarışına 7 helikopter cəlb edilib.

Xilasedicilər alpinistləri tapanda isə artıq onlardan 5-i ölüb. Digər 9 nəfər xəstəxanaya aparılarkən onlardan 4-ü də yolda ölüb.

Alpinistlərin italyan, alman və fransız olduqları açıqlanıb.

скачать dle 12.1
Geri qayıt