“Qalatasaray”ın prezidenti qəzaya düşdü

“Qalatasaray”ın prezidenti qəzaya düşdü

“Qalatasaray”ın prezidenti Mustafa Cengiz Superliqanın XXXI turunda “Beşiktaş” üzərində qələbənin sevincini doyunca yaşaya bilməyib.

Gunaz.az xəbər verir ki, klub rəhbəri dünən gecə qarşılaşmadan sonra qəzaya düşüb. O, evinə qayıdarkən Cengizin sürücüsünün idarə etdiyi avtomobil avtobusla toqquşub. Heç kəs ciddi xəsarət almayıb.

Qeyd edək ki, “Qalatasaray” “Beşiktaş” üzərində 2:0 hesablı qələbə qazanaraq, liderliyini davam etdirib.

скачать dle 12.1
Geri qayıt