Orta məktəbə hücumda ölənlərin sayı 9 nəfərə çatıb

Orta məktəbə hücumda  ölənlərin sayı 9 nəfərə çatıb

Çinin Şensi əyalətində orta məktəb şagirdlərinə hücum zamanı ölənlərin sayı 9 nəfərə çatıb.

Gunaz.az TASS-a istinadən xəbər verir ki, bu barədə "Sinxua" agentliyinə yerli polisdən bildirilib.

Hakimiyyət orqanlarının məlumatına görə, ölənlərdən 7-i qız, 2-i oğlandır.

Daha əvvəl hadisə zamanı 7 nəfərin öldüyü, 19 nəfərin yaralandığı bildirilirdi. Hücum məktəblilərin dərsdən evə döndüyü zaman baş verib.

скачать dle 12.1
Geri qayıt