Türkiyə ordusunun 1 əsgəri şəhid olub, 4-ü yaralanıb

Türkiyə ordusunun 1 əsgəri şəhid olub, 4-ü yaralanıb

Türkiyədə PKK terrorçularına qarşı keçirilən əməliyyat zamanı 1 əsgər şəhid olub, daha 4 əsgər yaralanıb.

Gunaz.az APA-ya istinadən bildirir ki, hadisə Diyarbəkir əyalətinin Lice rayonunda baş verib. Məlumata görə, əsgərlər terrorçular tərəfindən atəşə tutulub.

Yaralılar xəstəxanaya çatdırılıb. Hadisə yerindən qaçan terrorçuların yaxalanması üçün genişmiqyaslı əməliyyat başlayıb.

скачать dle 12.1
Geri qayıt