Ermənistanda yeni baş nazirin seçiləcəyi tarix açıqlandı
Ermənistanda yeni baş nazirin seçilməsi tarixi bəlli olub.
Gunaz.az news.am-a istinadən məlumat verir ki, Ermənistan parlamentinin üzvü Rüstəm Mahmudyan ölkədə yeni baş nazirin seçilməsinin mayın 2-də baş tutacağını bildirib.
Qeyd edək ki, Ermənistanın baş naziri Serj Sarkisyan 10 gündən çox davam edən etiraz aksiyaları nəticəsində vəzifəsindən istefa verib.