Ermənistan hakimiyyəti müxalifətlə danışıqlara başlayır

Ermənistan hakimiyyəti müxalifətlə danışıqlara başlayır
Sabah Ermənistanda hakimiyyət və müxalifət arasında danışıqlar aparılacaq. 
Gunaz.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Ara Babloyan bildirib.

 

Qeyd edək ki, ötən gün Ermənistanın baş naziri Serj Sarkisyan vəzifəsindən istefa verib. Aprelin 13-dən başlayaraq İrəvanda Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyaları keçirilib. Sarkisyan cəmi 6 gün ölkənin baş naziri ola bilib.

скачать dle 12.1
Geri qayıt