Rusiya ABŞ-dan təzminat istəyir

Rusiya ABŞ-dan təzminat istəyir

Rusiya Dünya Ticarət Təşkilatına (DTT) müraicət edərək ABŞ-dan təzminat tələb edib

Gunaz.az TRT-yə istinadən xəbər verir ki, buna səbəb ABŞ-ın polad və alüminium idxalına tətbiq etdiyi əlavə gömrük rüsumudur.
Rusiya bu qərarın beynəlxalq ticarət qaydalarına zidd olduğunu açıqlayıb.
Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın martda polad məhsullarının idxalına 25% və alüminium məhsullarının idxalına isə 10% əlavə vergi tətbiq ediləcəyini açıqlamışdı.
Çin, Hindistan və Avropa İttifaqı da eyni tələblə DTT-yə müraciət ediblər.
скачать dle 12.1
Geri qayıt