Ərdoğan NATO-nun baş katibi ilə görüşüb

Ərdoğan NATO-nun baş katibi ilə görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO Baş katibi Yens Stoltenberqi qəbul edib.

Gunaz.az xəbər verir ki, görüşdə ABŞ və müttəfiqlərin Suriyaya hücumu, terrorla mübarizə, eləcə də Türkiyə NATO  münasibətləri müzakirə olunub.

NATO üzvü olan ölkələrin terrorun hər növünə qarşı həmrəylik və qətiyyətlə mübarizə aparmasının önəmli olduğu vurğulanıb.

 Tərəflər həmçinin iyul ayında Brüsseldə keçiriləcək NATO zirvə toplantısına hazırlığı müzakirə ediblər.

скачать dle 12.1
Geri qayıt