Əsəd onlara viza verməyə razı oldu

Əsəd onlara viza verməyə razı oldu

Suriya Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının (KSQT) hətta rəsmi Dəməşqə neqativ münasibət bəsləyən ekspertlərinə belə viza verməkdən imtina etməyib.

Gunaz.az TASS-a istinadən xəbər verir ki, bu barədə Dəməşqdəki diplomatik mənbə bildirib. “KSQT ekspertlərinə viza vermək məsələsində hər hansı problem yox idi. Suriya tərəfi hətta, təşkilatın anti-suriya çağırışları ilə tanınan nümayəndələrinə də viza verməyə razılaşmışdı”, deyə agentliyin həmsöhbəti bildirib.

Suriyalı diplomat əlavə edib ki, əgər kimsə onların viza almasında problem olduğunu deyirsə, demək, o yalan danışır.

Qeyd edək ki, KSQT Haaqada fəaliyyət göstərir. Haaqa yaxınlığındakı Reisvik qəsəbəsində KSQT laboratoriyası mövcuddur.

 

скачать dle 12.1
Geri qayıt