Türkiyə PKK-nı kökündən məhv edir – Əməliyyat

Türkiyə PKK-nı kökündən məhv edir – Əməliyyat

Türkiyənin Diyarbəkir şəhərində PKK terror qruplaşmasına qarşı başladılmış əməliyyat başa çatıb.

Gunaz.az axar.az-a istinadən bildirir ki, əməliyyat nəticəsində 1 ton 626 kiloqram narkotik vasitə ələ keçirilib.

Məlumata görə, "Bayraq-81 şəhid-könüllü kənd qoruyucusu Yasəddin Opçin əməliyyatı" zamanı terrorçuların istifadə etdiyi 7 mağara, 8 sığınacaq və kustar üsulla hazırlanmış 3 uzaqdan idarə edilən partladıcı aşkar edilərək məhv edilib. Sığınacaqlarda və ərazidə basdırılmış qablarda M-16 silahı, 3 ədəd "Kalaşnikov" tipli avtomat, 356 ədəd fişəng, tapançalar, 2 ədəd əl qumbarası və terror qruplaşmasına aid çox sayda sənəd tapılıb. Əməliyyat nəticəsində 28 nəfər saxlanılıb. Ərazidən həmçinin 3175 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

скачать dle 12.1
Geri qayıt