Sərnişin təyyarəsində bomba təhlükəsi

Sərnişin təyyarəsində bomba təhlükəsi
Sinqapurun "Scoot” aviaşirkətinə məxsus sərnişin təyyarəsi Tailandın Xat Yay aeroportuna uçarkən göyərtədə partlayış barədə xəbərdarlıqdan sonra geri qayıdıb.
Gunaz.az xəbər verir ki, bu barədə Sinqapur Polis İdarəsi məlumat yayıb.
Məlumatda deyilir: "Biz TR634 nömrəli reysi həyata keçirən heyətin göyərtədəki sərnişinlərdən birindən bomba təhlükəsi barədə xəbərdarlıq aldığını təsdiq edirik. Bundan sonra geri qayıdan təyyarə "Çanqi” aeroportunda təhlükəsiz şəkildə yerə enib. Hazırda polis təyyarədə yoxlama aparır. Hadisə barədə ətraflı məlumat veriləcək”.
"The Straits Times” qəzeti yazır ki, təyyarə geri dönərkən onu hərbi hava qüvvələrinin iki qırıcısı müşayiət edib. 
скачать dle 12.1
Geri qayıt