Qeyri-adi görünüşlü metro qatarı xəttə buraxıldı
Tokio metrosunun Qindza xətti üzrə qeyri-adi qatar istifadəyə çıxarılıb.
Gunaz.az "Report"a istinadən xəbər verir ki, xətdə yapon albalısı ləçəkləri ilə örtülmüş çəhrayı sakuraların olduğu vaqonlar hərəkət edir.
Pəncərələrə çiçəklənən sakura təsvirləri yapışdırılıb. Bu, sərnişinlərdə onların içində olduğu qatarın yeraltı tunel üzrə yox, mənzərəli albalı ağaclığı üzrə hərəkət etməsi təəssüratı yaradır.