Beş ölkənin axtardığı cinayətkar Türkiyədə tutuldu

Beş ölkənin axtardığı cinayətkar Türkiyədə tutuldu

Türkiyənin Mərsin şəhərində 1 aylıq hazırlıqdan sonra keçirilən əməliyyatla qanunsuz miqrasiya ilə məşğul olan 8 nəfərlik dəstə və 122 suriyalı saxlanılıb.

Teleqraf.com-un xəbərinə görə, dəstənin T.K adlı rəhbəri barəsində 5 ölkə tərəfindən axtarış elan olunmuşdu.

Xəbərə görə, onlar suriyalıları Mərsində otellərə yerləşdirərək, daha sonra hissə-hissə Avropa ölkələrinə göndərməklə məşğul olurmuşlar.

скачать dle 12.1
Geri qayıt