İki ölkə danışıqlara başlayır

İki ölkə danışıqlara başlayır

Türkiyə Xarici İşlər Nazirliyinin müşaviri Ümit Yalçın Suriyanın hazırda terrorçuların nəzarəti altında olan Menbiç əyaləti ilə bağlı məsələsini müzakirə etmək üçün martın 30-da ABŞ-a səfər edəcək.

Gunaz.az -a verilən məlumata görə, o, ABŞ dövlət katibinin müavini Con C. Sullivanla görüşəcək.

Qeyd edək ki, martın 19-da Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun ABŞ-a səfəri nəzərdə tutulmuşdu. Ancaq dövlət katibi Reks Tillersonun istefaya göndərilməsi bu səfərin təxirə salınmasına səbəb olmuşdu.

Qeyd edək ki, Menbiçə hazırda ABŞ hərbçiləri və terrorçu PKK/YPG-PYD nəzarət edir.

Rəsmi Ankara həmin əraziyə girəcəyini bildirir, Vaşinqton isə terrorçuların Menbiçdən çıxarılmasını tələb edir.

скачать dle 12.1
Geri qayıt