Kabildə Novruz partlayışı: 26 ölü, 18 yaralı
Əfqanıstanın paytaxtı Kabildə güclü partlayış törədilib.
Gunaz.az xarici mediaya istinadla xəbər verir ki, Kabil universitetinin yaxınlığında qeydə alınan partlayış Novruz bayram ilə bağlı şənliyin keçiriləcəyi ərazidə törədilib.
Terror nəticəsində 26 nəfər həlak olub.
Əfqanıstanın Daxili İşlər Nazirliyinin nümayəndəsinin köməkçisi Nüsrə Rahimi "RİA Novosti"yə bildirib ki, hadisə zamanı daha 18 nəfər xəsarət alıb.
Hadisəni terrorçu kamikadze törədib.