Güclü zəlzələ baş verib
Bu gün səhər saatlarında İranda zəlzələ baş verib.
Gunaz.az xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Tehran Universitetinin Seysmoloji Mərkəzi məlumat verib.
Məlumatlara görə, zəlzələ Rixter şkalası üzrə 5 bal gücündə olub.
Yeraltı təkanların episentri Buşehr bölgəsinin Qonaveh rayonunda yerin 11 kilometr dərinliyində yerləşib.
Dağıntı və tələfatla bağlı məlumat verilmir.