Türkiyəli aktrisadan etiraf

Nurgül Yeşilçay əvvəlki axşam bir məkanda görüntülənib.Məkan çıxışı müxbirlərlə ayaqüstü söhbət edən aktrisa "Yeni layihəniz varmı" sualına "Bu an boşam, sentyabr ayına qədər heç bir layihəm yoxdur" deyib.
Gunaz.az "Hurriyet"-ə istinadən məlumat verir ki, üzünə etdirdiyi botoks səbəbindən tənqid edilən Yeşilçay:"Daha əvvəl heç etmədiyim bir şey idi. Boşluqda olduğum üçün etdirdim amma çox peşman oldum. Onsuz da gördüyünüz kimi, botoks təsirləri qalmadı üzümdə" deyərək peşman olduğunu etiraf edib.