Polislərə ilk dəfə qadın rəhbərlik edəcək
Kanadada ilk dəfə federal polisə qadın rəhbərlik edəcək.
Gunaz.az xəbər verir ki, Bu barədə qərarı ölkənin baş naziri Castin Trüdo verib. Nazirin qərarı ilə yeni rəhbər vəzifəsinə 1986-ci ildən polis əməkdaşı olan Brenda Laki təyin edilib. B.Laki aprelin ortalarından səlahiyyətlərinin icrasına başlayacaq.