"Zeytun budağı" əməliyyatının növbəti uğuru
Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun Afrində keçirdiyi "Zeytun budağı" əməliyyatında 7 strateji məntəqə terrorçulardan təmizlənib.
Gunaz.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyatların 43-cü günündə zərəsizləşdirilən ümumi terrorçu sayı 2516 nəfərə çatıb.
Bundan başqa, bu gün həyati əhəmiyyətə sahib ilan Rako məntəqəsi də terrorçulardan azad edilib.
Qeyd edək ki, “Zeytun budağı” əməliyyatı yanvarın 20-də başlayıb.