“ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar qeyri-qanunidir”- PESKOV
![“ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar qeyri-qanunidir”- PESKOV](https://gunaz.az/uploads/posts/2018-03/1520097144_peskovv.jpg)
“ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar qeyri-qanunidir”.
Gunaz.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov ABŞ-ın antirus sanksiyalarını şərh edərkən deyib.
Peskovun sözlərinə görə, bu sanksiyalar bütün dünyaya öz mənfi təsirini göstərəcək.
Qeyd edək ki, martın 2-də Ağ Ev Rusiyaya qarşı sanksiyaların müddətini daha bir il uzadıb.