Rusiyada avtobus yük maşını ilə toqquşub - 4 nəfər ölüb

Rusiyada avtobus yük maşını ilə toqquşub - 4 nəfər ölüb
Rusiyanın Voronej vilayətində avtobus yük avtomobili ilə toqquşub.

Gunaz.az-ın "Ria Novosti”yə istinadən verdiyi məlumata görə, hadisə M-4 "Don" federal magistralının Voronej vilayətindəki 625-ci kilometrliyində baş verib.
 
Yol nəqliyyat hadisəsi nəticəsində 4 nəfər ölüb. 

Avtobusda 20 sərnişin olub. Qəzanın səbəbləri araşdırılır.

скачать dle 12.1
Geri qayıt