Şərqi Qutada qətliam davam edir

Şərqi Qutada qətliam davam edir
Şərqi Qutada hücumlar davam edir.

Gunaz.az xəbər verir ki, Suriya İnsan Haqları Müşahidə Mərkəzi bu gün hücumlar nəticəsində ən azı 45 nəfərin həlak olduğunu bildirib. Şərqi Quta şəhərinə müxaliflər nəzarət edir.

Bazar günündən bu yana davam edən hücumlarda ən azı 190 nəfər həlak olub, 850 nəfər yaralanıb.

Şərqi Qutada 400 min əhali yaşayır. Astana müqaviləsinə əsasən, Şərqi Quta gərginliyi azaltma bölgəsi elan edilmişdi. Amma Suriya rejimi son aylarda hücumları şiddətləndirib.

скачать dle 12.1
Geri qayıt