Eks həyat yoldaşları yenidən bir araya gəlir?

Eks həyat yoldaşları yenidən bir araya gəlir?

Xəbər verdiyimiz kimi, 49 yaşlı aktrisa Cennifer Enistonla 46 yaşlı aktyor əri Castin Teru boşanıb. 
Gunaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Cennifer boşanar-boşanmaz sosial şəbəkə istifadəçiləri onun yenidən keçmiş əri Bred Pitlə barışacağını yazıblar.
İzləyicilər qeyd ediblər ki, həm Bred, həm də Cennifer subaydır və son zamanlar da daha çox bir-biri ilə münasibətdə olmağa başlayıblar. Çox güman ki, bu səmimiyyət onların yenidən barışacağına yol açacaq.

Qeyd edək ki, Enistonla Pitt 2000-ci ildə ailə qurub, 2005-ci ildə ayrılıb. Boşandıqdan sonra aktrisa depresiyaya düşüb. Uzun müddət özünə gələ bilməyən Cennifer 2015-ci ildə Castinə ərə gedib.

Bred isə 2014-cü ildə Ancelina Coli ilə ailə qurub. Cütlük 2016-cı ildə ayrılıb.

скачать dle 12.1
Geri qayıt