Prezident Yakob Zuma istefa verib

Prezident Yakob Zuma istefa verib
Cənubi Afrika Respublikasının prezidenti Yakob Zuma istefa verib.

Gunaz.az xəbər verir ki, Zuma beləliklə, "Afrika Milli Konqresi" iqtidar partiyasının 9 illik bir siyasi keçmişdən sonra vəzifəsinə son verilməsi əmrinə tabe olub.

İqtidar partiyasının idarə heyəti prezidentin vəzifədən uzaqlaşdırılması barədə qərar qəbul etmişdi.

Qalmaqallarla dolu bir siyasi keçmişi olan Zuma, irqi ayrı-seçkiliyin başa çatdığı 1994-cü ildən bu yana iqtidarda olan partiyanın içində ciddi fikir ayrılığı və parçalanmalara səbəb olmuşdu. Partiya, 24 il əvvəl irqçi "apartheid" siyasətinin ləğv edilməsi ilə hakimiyyətə Nelson Mandela iqtidarı ilə başlamışdı.

скачать dle 12.1
Geri qayıt