Ərdoğan:"Terrorçulara təslim olmağımızı istəyirlər"
Gunaz.az Sputniknews-a istinadla xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışı zamanı deyib.
"Terrorçulara təslim olmağımızı istəyirlər. Bu, necə NATO üzvlüyüdür? NATO-nun bütün maddələri, hökmləri üzvləri üçün eynidir. Türkiyə NATO-nun qaydalarına tabedirsə, Amerika da tabe olmalıdır. Hamı eyni dərəcədə qanunlara riayət etməlidir. Əgər sən YPG, PYD-ni terrorçu hesab etmirsənsə və onlar da NATO-da müttəfiqin olan dövlətə hücum edirsə, NATO üzvü olaraq buna mane olmalısan".
Amerikanın terrorçulara dəstək olduğunu söyləyən Ərdoğan Amerika xalqına səslənib:
"Buradan Amerika xalqına səslənirəm. Amerika büdcəsindən çıxan bu pullar Amerika xalqının cibindən çıxır".