Avstriyada sərnişin qatarları toqquşdu — 1 ölü, 20 yaralı

Avstriyada sərnişin qatarları toqquşdu — 1 ölü, 20 yaralı
Avstriyanın cənub-şərqindəki Ştiriya vilayətində iki sərnişin qatarı toqquşub.

Gunaz.az xəbər verir ki, qəza nəticəsində 20 nəfər xəsarət alıb, 1 nəfər ölüb.

İnsident günorta saatlarında Niklasdorf kommunasının vağzalında baş verib. Xəsarət alanlardan bəzilərinin vəziyyəti ağırdır.

Hadisə yerinə təcili tibbi yardım və xilasedicilər cəlb edilib.

скачать dle 12.1
Geri qayıt