Rusiyada təyyarə qəzası ilə bağlı cinayət işi açıldı

Rusiyada təyyarə qəzası ilə bağlı cinayət işi açıldı

Bu gün Rusiyada "An-148" təyyarəsinin qəzaya uğraması ilə bağlı cinayət işi açılıb.

Gunaz.az xəbər verir ki, Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenkonun verdiyi məlumata görə, hazrıda qəzanın səbəbləri araşdırlır:

"Ehtiyatsızlıqdan iki və daha çox insanın ölümü ilə nəticələnən hava nəqliyyatının istismar və təhlükəsiz hərəkəti qaydalarının pozulması" maddəsində nəzərdə tutulan cinayət əlamətləri üzrə cinayət işi açılıb".

Göyərtəsində 65 sərnişin və 6 heyət üzvünün olduğu təyyarə Moskvadan Orsk şəhərinə uçarmuş.

Təyyarə Domodedovo hava limanından havalandıqdan iki dəqiqə sonra radarlardan itib.

Təyyarədəki bütün sərnişinlər və ekipaj üzvləri həlak olublar.

скачать dle 12.1
Geri qayıt