İran yeni ballistik raket nümayiş etdirib

İran yeni ballistik raket nümayiş etdirib
Bu gün İran yeni "Qədr" ballistik raketini nümayiş etdirib.

Gunaz.az-ın İran mətbuatına istinadən verdiyi məlumata görə, raket bu gün İslam İnqilabının 39-cu ildönümü ilə bağlı keçirilən təntənəli mərasimdə nümayiş etdirilib.

Raketin uçus məsafəsi 2 min km-dir. Raket hərəkətdə olan buraxılış qurğusundan və buraxılış şaxtasından atıla bilər. "Qədr" ballistik raketi radardan gizlənməyə imkan verən sistemlə təchiz olunub.

Mərasimdə "Fajr 5" yaxın mənzilli raketi və tank əleyhinə idarə olunan "Toufan 2-M" raketi də nümayiş olunub. Eyni zamanda son sınaq mərhələsində olan "Fateh" sualtı qayığı da nümayiş etdirilib.

скачать dle 12.1
Geri qayıt