Əfqanıstanda Talibanın iki səhra komandiri öldürüldü

Əfqanıstanda Talibanın iki səhra komandiri öldürüldü
Əfqanıstan hökuməti Taliban qruplaşmasının iki səhra komandirinin öldürüldüyü barədə məlumat yayıb.

Gunaz.az xəbər verir ki, Fəryab vliayətində Talibanın iki səhra komandiri məhv edilib. Bu barədə məlumatı Əfqanıstan milli ordusunun xüsusi təyinatlı dəstəsinin mətbuat xidməti də təsdiqləyib.

Fəryab vilayətinin Karaşix yaşayış məntəqəsi ərazisində xüsusi təyinatlılar "Navid-8" əməliyyatı keçiriblər. İlkin məlumata əsasən, 13 terrorçu, o cümlədən 2 səhra komandiri məhv edilib. 9 terrorçu yaralanıb.

Məlumatda qeyd edilir ki, əməliyyat davam edir.

скачать dle 12.1
Geri qayıt