Türkiyədə İŞİD-in daha bir "nazir"i tutuldu

Türkiyədə İŞİD-in daha bir "nazir"i tutuldu
Türkiyənin Şanlıurfa vilayətində İŞİD terror təşkilatının "səhiyyə naziri" Kefah Bəşər Hüseyn tutulub.
Gunaz.az xəbər verir ki, Bu barədə Trend vilayətin Polis İdarəsinə istinadən məlumat verir.
Bundan başqa, İŞİD-lə əlaqəsi olan 14 nəfər saxlanılıb. Onlardan 7-si Əlcəzair, 2-si Suriya və 2-si İran, hərəsinə biri olmaqla Niderland, Mərakeş və Misir vətəndaşıdır.
Qeyd edək ki, yanvarın 12-də Türkiyə polisi tərəfindən İŞİD-in "kənd təsərrüfatı naziri" Tariq Əhməd də saxlanlılıb.
скачать dle 12.1
Geri qayıt