Vaşinqtonda metroda sərnişin dolu qatar relslərdən çıxdı
Vaşinqton metrosunda “qırmızı” xəttlə hərəkət edən qatarın relslərdən çıxması nəticəsində qəza baş verib.
Gunaz.az xəbər verir ki, Relslərdən çıxan qatarda 60-a yaxın sərnişin olub.Qəza yerində hazırda fövqəladə xidmət qüvvələri işləyir. Qəzanın baş vermə səbəbləri məlum deyil. İnsident nəticəsində xəsarət alanlar barədə hələ məlumat daxil olmayıb. Hadisədən dərhal sonra sərnişinlər təxliyə edilib.