BMT Fələstinin yaradılmasını müzakirəyə çıxara bilər
Fələstin Azadlıq Təşkilatı (FAT) İcraiyyə Komitəsi paytaxtı Şərqi Qüdsdə olmaqla Fələstin dövlətinin yaradılması məqsədi ilə BMT çərçivəsində beynəlxalq konfrans keçirməyə çağırıb.
Gunaz.az xəbər verir ki, Bu barədə FAT-ın ötən axşam yaydığı bəyanatda deyilir.
FAT müstəqil Fələstin dövlətinin 1967-ci ildən əvvəl olan sərhədlərdə yaradılmasına ümid edilir.
Bundan başqa, konfransın işində Fələstin qaçqınlarının problemlərinin həlli variantları, İsrail həbsxanalarında fələstinli məhbusların vəziyyəti və BMT qətnamələrinə uyğunluluq müzakirə ediləcək.(APA)