İranda baş vermiş zəlzələdə xəsarət alanların sayı 50 nəfəri keçib

İranda baş vermiş zəlzələdə xəsarət alanların sayı 50 nəfəri keçib

İranın Kermanşah vilayətində baş vermiş 5,1 bal gücündə zəlzələdə xəsarət alanların sayı 51 nəfərə çatıb.

Gunaz.az Report-a istinadən xəbər verir ki, bu barədə "IRNA" yerli administrasiya nümayəndəsinə istinadən məlumat yayıb.

Qeyd edək ki, İranda 5,1 bal gücündə zəlzələ şənbə günü, gündüz saatlarında baş verib. Zəlzələnin episentri Sere-Pole-Zahab şəhərində (Kermanşah vilayəti) yerləşib.

Daha əvvəl zəlzələ zamanı 20 nəfərin xəsarət aldığı bildirilirdi.  

скачать dle 12.1
Geri qayıt