Suriya daha iki generalını itirdi

Suriya daha iki generalını itirdi
Suriyada son səkkiz gün ərzində beş briqada generalı ölüb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə silahlı münaqişələrin təhlili ilə məşğul olan “WarJournal” Telegram kanalı məlumat yayıb.
Məlumata əsasən, bazar günü “Bəbir” ləqəbli Suriya Quru Qoşunlarının generalı Hassan Hayder ölüb.  O bir neçə gün əvvəl Harast şəhərində hərbi baza uğrunda döyüşlərdə ağır yaralanmışdı.
Bundan əlavə yanvarın 3-də Harastda döyüşlər zamanı general İbrahim Yunus Dabrah öldürülmüşdü.
Qeyd edək ki, dekabrın sonlarında üsyançılarla döyüşlərdə üç briqada generalı həlak olmuşdu: Həbib Mahrez Yunis, Əli Diop və Məhəmməd Cenad.
скачать dle 12.1
Geri qayıt