Fələstindən İsrailə müharibə siqnalı: Danışıqlar bitdi
İsrail parlamenti Qüdslə bağlı qanunu təsdiq edərək, siyasi prosesləri bitirdiyini rəsmən elan etdi.
Gunaz.az xəbər verir ki, bu sözləri Fələstin prezidentinin müşaviri Nabil Əbu Rudayn deyib.
“İsrail tərəfi həmçinin diktə etmək siyasətinə başladığını da təsdiqləmiş oldu. Fələstin xalqı bu qərarı öz siyasi və dini mənsubiyyətinə qarşı elan edilmiş müharibə kimi qəbul edir. İsrail regionu uçuruma aparır. Ərəb və İslam dünyası, beynəlxalq qüvvələr qəti addımlar atmalıdırlar”, - Rudayn bildirib.
Qeyd edək ki, İsrail Milli Məclisi Qüdsün statusunu dəyişən qanun layihəsini təsdiqləyib. Məclis bu qərarla Qüdsü tək bir şəhər kimi tanıyıb və bu ərazilərin İsrail torpaqlarına aid olduğunu bildirib.