Sərnişin təyyarəsi qəzaya uğradı: 10-dan artıq ölü
Kostarikada sərnişin təyyarəsinin qəzası nəticəsində 12 nəfər ölüb.
Gunaz.az xəbər verir ki, təyyarə qəzası Kostarikanın Guanakaste əyalətinin Punta İslita bölgəsinin yaxınlarında meydana gəlib.
Qəza nəticəsində 10 xarici turist daxil olmaqla 12 nəfər ölüb. Hələlik qəzanın səbəbləri haqda rəsmi açıqlama verilməyib.
Qeyd edilir ki, qəza edən təyyarə şəxsi təyyarə olub.