BMT tanısa da, tanımasa da, Qüds bizimdir – İsrail
İsrail BMT Baş Assambleyasında Qüdslə bağlı qətnaməni tamamilə rədd edir.
Gunaz.az Axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İsrailin Baş naziri Benyamin Netanyahu söyləyib. Onun sözlərinə görə, BMT yalan evidir:
“BMT tanısa da, tanımasa da, Qüds İsrailin paytaxtıdır. 70 il lazım oldu ki, ABŞ onu rəsmi şəkildə tanısın. BMT-nin də bunu tanımasına bir neçə il lazım olacaq”.
Netanyahu qeyd edib ki, İsrail Baş Assambleyadakı səsverməni tanımayacaq.