Məsud Yılmazın oğlu niyə özünü öldürdü? – Açıqlama

Məsud Yılmazın oğlu niyə özünü öldürdü? – Açıqlama

Türkiyənin keçmiş naziri Məsud Yılmazın oğlu Yavuz Yılmazın ölümü barədə mərhumun işlədiyi universitetdən açıqlama verilib.

Gunaz.az Axar.az-a istinadən xəbər verir ki, açıqlamada Yavuz Yılmazın uzun müddətdir amansız xəstəlikdən əziyyət çəkdiyi bildirilib.

“İcraiyyə komitəsi üzvümüz cənab Yavuz Yılmaz bir müddətdir temporal lob epilepsiyası xəstəliyindən əziyyət çəkərək müalicə olunurdu. Xəstəliyin təbii müddəti ərzində irəliləyən, son dövrlərdə daha da ağırlaşan və iflicə doğru gedən proseslər səbəbindən ağır stres altında idi. Bu mənəvi təzyiqə dayana bilməyərək 16 dekabr 2017 tarixində həyatla vidalaşan Yavuz Yılmazı itərməyin kədəri içindəyik. Xatirəsi və universitetimiz etdikləri hər zaman xatırlanacaq”, - açıqlamada deyilib.

скачать dle 12.1
Geri qayıt