Qazaxıstan paytaxtının Astanaya köçürülməsinin 20 ili tamam olub

Qazaxıstan paytaxtının Astanaya köçürülməsinin 20 ili tamam olub

Qazaxıstan prezidenti Nursultan Nazarbayev 20 il əvvəl, 10 dekabr 1997-ci ildə paytaxtın köçürülməsi barədə fərman imzalayıb.

Gunaz.az APA-nın saytına istinadən verdiyi məlumata görə, fərmana əsasən paytaxt Alma-Atadan Akmolaya köçürülüb.

Növbəti il Akmolanın adı dəyişdirilərək Astana adlandırılıb və iyunun 10-da Astananın beynəlxalq prezentasiyası keçirilib. YUNESKO-nun qərarına əsasən Astana 1999-cu ildə "Dünya şəhəri" adlandırılıb.

скачать dle 12.1
Geri qayıt