ABŞ Azərbaycan və Ermənistanın XİN başçılarının Vyana görüşünü alqışlayır

ABŞ Azərbaycan və Ermənistanın XİN başçılarının Vyana görüşünü alqışlayır

ABŞ Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Vyana görüşünü alqışlayır.

Gunaz.az xəbər verir ki, Bunu ABŞ-ın ATƏT-dəki müvəqqəti işlər vəkili Harri Kamian Vyanada ATƏT-in Nazirlər Şurasının iclasında deyib.

Onun sözlərinə görə, ABŞ ATƏT-in Minsk qrupunun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ Münaqişəsinin nizama salınması üzrə səylərini dəstəkləyir.

“Biz Ermənistanın və Azərbaycanın xarici işlər nazirlərinin dekabrın 6-da keçirilmiş görüşünü və Minsk Qrupu ölkələrinin həmsədrlərinin nümayəndə heyətlərinin başçılarının bəyanatını alqışlayırıq. Oktyabr sammitində Ermənistan və Azərbaycan prezidentlərinin təmas xəttində gərginliyin azaldılması üçün danışıqların aktivləşməsi ilə bağlı razılaşmalarından məmnunuq”, – deyə Kamian əlavə edib.

скачать dle 12.1
Geri qayıt