Putin qərarını verdi- SEÇKİLƏRDƏ İŞTİRAK EDƏCƏK
Rusiya Prezidenti Vladimir Putin 2018-ci ilin martında keçiriləcək prezident seçkilərində iştirak edəcəyini bəyan edib.
Gunaz.az xəbər verir ki, V.Putin bu açıqlamanı Nijni Novqorod şəhərində avtomobil zavodunun işçiləri ilə görüşü zamanı verib.
Daha əvvəl V.Putin seçkilərdə iştirak edib-etməyəcəyi barədə qərarını verərkən könüllülərin dəstəyini nəzərə alacağını bildirmişdi.
Qeyd edək ki, Rusiyada prezident seçkiləri 2018-ci ilin martında keçiriləcək.