İranın xarici işlər naziri Azərbaycana səfərə gəlir

İranın xarici işlər naziri Azərbaycana səfərə gəlir

İran xarici işlər naziri Mühəmməd Cavad Zərifi dekabrın 1-də Azərbaycana bir günlük işgüzar səfərə gələcək.

Bu barədə İranın Azərbaycandakı səfirliyinin mətbuat katibi Mühəmmədrza Nəcəfi deyib.

Onun sözlərinə görə, İran xarici işlər naziri Mühəmməd Cavad Zərifi dekabrın 1-də Bakıda keçiriləcək “Asiyanın Qəlbi” – İstanbul Prosesi çərçivəsində 7-ci nazirlər konfransında iştirak edəcək.

Səfər çərçivəsində hansısa ikitərəfli görüşlərə gəldikdə isə Nəcəfi bildirib ki, iranlı nazirin vaxtı çox məhdud olduğundan hələlik proqramda ikitərəfli görüşlərin keçirilməsi gözlənilmir: “Lakin Zərifinin azərbaycanlı həmkarı Məmmədyarov və Azərbaycan prezidenti ilə görüşü istisna edilmir”.

Nəcəfi onu da deyib ki, Zərifi elə dekabrın 1-də Tehrana dönəcək.

Gunaz.az

скачать dle 12.1
Geri qayıt