Mövlud Çavuşoğlu Bakıya gəlir

Mövlud Çavuşoğlu Bakıya gəlir
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu noyabrın 30-da Azərbaycana səfər edəcək.
Gunaz.az-ın məlumatına görə, bu barədə diplomatik mənbələr məlumat verir.
M.Çavuşoğlu səfəri zamanı Azərbaycan, Türkiyə, Pakistan XİN rəhbərlərinin üçtərəfli görüşündə iştirak edəcək.
Bundan başqa, nazir 30 noyabr – 1 dekabr tarixlərində Bakıda keçiriləcək “Asiyanın ürəyi – İstanbul prosesi” yeddinci nazirlər toplantısında iştirak edəcək.
скачать dle 12.1
Geri qayıt