Donald Tramp və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olacaq

Donald Tramp və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olacaq

Bu gün ABŞ prezidenti Donald Tramp və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olacaq. 

Gunaz.az-ın apa-ya istinadən verdiyi xəbərə görə, bu barədə D.Tramp şəxsi “Twitter” səhifəsində yazıb. O bildirib ki, türkiyəli həmkarı ilə  telefon danışığı zamanı Orta Şərq regionunda sülhün təmin edilməsi məsələsini müzakirə edəcəklər.

ABŞ-ın Orta Şərqə müdaxiləsinin əvvəldən yanlış olduğunu söyləyən D. Tramp deyib ki, bu, trilyonlarla dollar vəsait və çoxlu sayda insan itkisinə səbəb oldu: “Orta Şərqdə üstümdə qalan bu problemi həll edəcəyəm, amma 6 trilyon və canlar itirməyimiz səhv idi”.

скачать dle 12.1
Geri qayıt