Rusiyanın Suriyadakı hərbi hava bazasına bombalı hücum – Ölənlər var
Suriyanın Lazkiyə şəhərində yerləşən Rusiya hərbi hava bazası Hmeymim bombalı hücumun hədəfi olub. Bu barədə Avropa.info Türkiyə mediasına istinadən məlumat yayıb.
Gunaz.az xəbər verir ki, Hmeymim hərbi bazası yaxınlığında yerləşən Bustan nəzarət məntəqəsinə edilən hücum nəticəsində çoxlu sayda ölü var.
Ölənlərin arasında rus əsgərlərinin olub olmadığı hələ bilinmir.
2015-ci ildən fəaliyyətə başlayan Hmeymim hərbi bazası Rusiyanın Suriyadakı əməliyyatlarının mərkəzi sayılır.