İran Səudiyyəyə cavab verdi - Təxribat

İran Səudiyyəyə cavab verdi - Təxribat

İran Səudiyyə Ərəbistanının Yəməndən paytaxt Ər-Riyada atılan raket barədə ittihamlarına cavab verib.

Gunaz.az Axar.az-a istinadən xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi Səudiyyə Ərəbistanı liderliyindəki koalisiyanın Yəməndən Ər-Riyada İran tərəfindən ballistik raket atılması iddialarını ədalətsiz, məsuliyyətsiz və təxribat xarakterli adlandırıb.

Qeyd edək ki, bundan öncə husilər Ər-Riyada raket zərbəsi endirmək istəyib. Onların buraxdığı raket Səudiyyə Ərəbistanı tərəfindən məhv edilib. Bundan sonra Ər-Riyad bu zərbədə İranı ittiham edib və husi liderlərinin başı üçün milyonlarla dollarlıq mükafat təyin edib.

скачать dle 12.1
Geri qayıt