Şimali İraqa türk bayrağı sancıldı
Şimali İraqın Zap bölgəsində terrorçulara qarşı əməliyyatlar həyata keçirən türk ordusu Kokozer dağına türk bayrağı sancıb.
Gunaz.az xəbər verir ki, Türkiyə ordusunun Şimali İraqda separatçı PKK terrorçularına qarşı əməliyyatı davam edir.
16 oktyabrdan davam edən əməliyyatlar çərçivəsində türkiyəli əsgərlər Kokozer dağında tam nəzarəti ələ keçirib və terrorçulara ağır zərbələr vurub.
Qeyd edək ki, 25 oktyabra qədər 72 terrorçunun məhv edildiyi açıqlanmışdı.