ABŞ təkzib etdi: Rakka azad edilməyib

ABŞ təkzib etdi: Rakka azad edilməyib

Rakka şəhəri İŞİD-dən tam azad edilməyib.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın İŞİD-ə qarşı koalisiyasının sözçüsü Ryan Dillon deyib.

O, təxminən 100 İŞİD-çinin şəhərdən qaçdığını bildirib:

“Qarşıdakı günlərdə də ağır silahlı atışmaların olacağını gözləyirik və İŞİD-in nə zaman məğlub olacağını deyə bilmərik”.

Qeyd edək ki, “Əl-Ərəbiyə” telekanalı Rakkanın tamamən İŞİD-dən azad edildiyi barədə məlumat yaymışdı.

скачать dle 12.1
Geri qayıt